Xəzərin səviyyəsi kritik səviyyəyə düşəcək - XƏBƏRDARLIQ

23-04-2025, 08:08           
Xəzərin səviyyəsi kritik səviyyəyə düşəcək - XƏBƏRDARLIQ
Qazaxıstanlı alimlərin araşdırmalarına görə, Xəzər dənizinin səviyyəsi sabit enmə meylinə malikdir və 2050-ci ilə qədər mənfi 33 metrə yaxınlaşa bilər.

TEREF Azərtac-a istinadla xəbər verir ki, bu barədə ölkənin ekologiya və təbii sərvətlər nazirinin müavini Mansur Oşurbayev bildirib.

“Xəzərin tarixinə nəzər salsaq, dəniz səviyyəsinin mənfi 28,5 metrə enməsi artıq həm onun ekosistemi, həm də dəniz təsərrüfatı üçün kritikdir”, - deyə o qeyd edib.

Bununla əlaqədar olaraq, su anbarının dayazlaşmasının səbəb və nəticələrini öyrənmək üçün ötən il Qazaxıstanda Xəzər dənizi Elmi Tədqiqat İnstitutu yaradılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru