Azərbaycanda abort edilməsi cinayət sayılır? - CƏZASI NƏDİR?
Bu gün, 16:14

Hamiləliyin süni sonlandırılmasının, yəni abort etdirməyin cinayət adlandırılması emosional yanaşmadır. Hamiləliyin süni sonlandırılması seçimdir. Bəs Azərbaycanda abort edilməsi cinayət sayılırmı? Bu məsələ ilə bağlı ölkəmizdə vəziyyət necədir?
Mövzu ilə bağlı həkim, tibbi ekspert Rasif Bağırov Referans-a bildirib ki, hamiləliyin süni sonlandırılmasına yanaşma iki variantdadır. Birinci variant tibbi, ikinci variant isə dövlətin qəbul etdiyi qanun nöqteyi-nəzərdən yanaşmadır. Birinci yanaşma əslində normal haldır. Hamiləlik dünyanın hər yerində süni halda sonlandırılması prosesi tibbi nöqteyi-nəzərdən belədir ki, əgər tibbi göstəriş varsa, yəni hamiləlik vaxtından qabaq ana bətnində dölün inkişafdan qalıb məhv olmasıdırsa, müxtəlif xəstəliklər nəticəsində süni şəkildə onu götürməyə ehtiyac yaranıbsa bunu icra etmək olar. Yəni bu tibbi yanaşmadır, burda heç bir qanunsuzluqdan söhbət gedə bilməz. Hamiləliyin sonlandırılmasına emosional yanaşma da mövcuddur. Bu versiyada isə insanlar ya könüllü şəkildə hamiləliyi sonlandırırlar və yaxud da ki, ümumiyyətlə istəmirlər.
Ekspert eyni zamanda onu da bildirib ki, belə yanaşmalar həm seçim yanaşması həm də emosional yanaşmalardır. Bunlar dünyada dövlətin qəbul etdiyi qanunlarla həyata keçirilir. Bəzi ölkələrdə qanun qəbul olunub ki, hamiləliyi süni şəkildə sonlandırmaq mümkün deyil. Qanun yol vermir. Hamiləliyin bilərəkdən pozulması cinayət işi hesab olunur.
"Bizim ölkəmizdə isə həmiləliyin 12-ci ayına qədər istənilən adam süni abort məsələsinə gedə bilər. Amma 12 həftədən sonra getmək artıq cinayət hesab olunur. Yəni abortun icra edilməsi qəti qadağandır", - deyə Rasif Bağırov qeyd edib.