Bahar Muradova: Komitə "playstation" klublarla bağlı araşdırma aparır

24-04-2025, 15:14           
Bahar Muradova: Komitə "playstation" klublarla bağlı araşdırma aparır
Hazırda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakı şəhəri və regionlarda fəaliyyət göstərən "playstation" klublarında azyaşlıların seksual münasibətləri və cinsi zorakılıq hadisələri ilə bağlı araşdırma aparır.

TEREF xəbər verir ki, bunu Teleqraf-a açıqlamasında komitənin sədri Bahar Muradova deyib.

Onun sözlərinə görə, ekspertlər və digər müvafiq nümayəndələr uşaqların oyun oynadıqları müxtəlif salonlara baxış keçirir və onların standartlara uyğun olub-olmadığını, eləcə də oradakı problemləri araşdırırlar:

"Əgər kimsə bu kimi hallarla rastlaşsa, yaxud bununla bağlı informasiya əldə etsə öncə Komitəyə və müvafiq orqanlara məlumat versin. Mətbuata məlumat verməzdən əvvəl Komitəyə bildirin ki, biz işi görək və nəticəsi barədə informasiya verək", - B. Muradova vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru