Azərbaycanda bir nəfərin yaşamı üçün ən azı NƏ QƏDƏR PUL LAZIMDIR?

Bu gün, 16:34           
Azərbaycanda bir nəfərin yaşamı üçün ən azı NƏ QƏDƏR PUL LAZIMDIR?
Son dövrlərdə Azərbaycanda əhalinin yaşam tərzi aktual məsələlərdəndir. Əhalinin gündəlik yaşayışı necədir və xərclərini necə qarşılayırlar. Belə sual yaranır. Azərbaycanda bir nəfərin bir ay ərzində orta hesabla yaşam xərci nə qədərdir? Əhalinin daha çox hansı sahələrə xərci çıxır? Mövzuyla bağlı İqtisadçı Akif Nəsirli REFERANS-ın suallarını cavablandırıb.

Akif Nəsirli bildirib ki, 2025-ci il üçün Azərbaycanda vətəndaşının yaşayış minimumu orta hesabla bir nəfərin yaşayış minimumu 285 manat, əmək qabiliyyətli əhali üçün 305 manat, pensiyaçılər üçün 232 manat, uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Belə deyə bilərik ki, hökümət əmək qabiliyyətli əhalinin bir gün üçün xərcini 10 manat nəzərdə tutub. Yəni hərgün işləyən adam hərgün üçün 10 manata yaşaya bilər. Hökümət belə nəzərdə tutub. Digərləri üçün bu göstərici bir qədərdə aşağıdır, 8 manat, 7 manat və.s

Ekspert onu da bildirib ki, bu günki göstərici üçün baxanda bir nəfərin gündəlik yaşayışını təmin etmək üçün 20 manata qədər vəsait lazımdır. Bu isə təxminən 600 manata bərabər olur. İqtisadçı bildirib ki, mən hesab edirəm ki, Azərbaycan vətəndaşının orta səviyyədə gündəlik yaşayışını təmin etmək üçün minimum ona 20 manat lazımdır. Hər üç kateqoriyadan olanların yəni pensiyaçıların, uşaqların, əmək qabiliyyətli əhalinin yaşayışı üçün 600 manat lazımdır.

Həmsöhbətimiz vurğulayıb ki, bu gün Azərbaycan vətəndaşı ayaqdadırsa deməli gündəlik 20 manat xərcləyir və o məbləği müxtəlif yollarla qazanır. Lakin bu qazanc qeydiyyatsız olur. Biz hesab edirik ki, əhali gündəlik 10 manata yaşayır. Bu əslində elə deyil. Ona rəsmi qaydada 10 manatı veririk, amma 20 manatı qazanır. Bu isə qeyri-rəsmi işlərin hesabına olur.

"Əhalinin vəsaitlərinin böyük əksəriyyəti isə ərzaq məhsullarına, gündəlik tələbat məhsullarına gedir. Ölkədə vətəndaşın qazandığı vəsaitin 70/80 faizi bəlkədə gündəlik tələbat mallarına gedir, bunun daxilində ərzaq məhsulları xüsusi yer tutur. Ona görə ki, ərzaq məhsulları çox sürətlə irəliləyir və çox sürətlə bahalaşır. Məhsullar 3/5 faiz bahalaşanda hələ rəsmi statistikaya görə ərzaq məhsulları 12/15 faiz bahalaşır. Ərzaq məhsullarında infilyasiya daha sürətlə gedir. Bu isə anlaşılandır, yəni ölkədə inhisarçılıqdır. İnhisarçılarda bilir ki, məsələn bir il paltar almamaq yəni köhnə paltar geyinmək olar. Lakin ərzaq məhsullarını paltarla eyniləşdirmək olmaz. Ərzaq elə bir şeydir ki, hər gün tələb olunur və sən bunu hər gün qəbul eləməlisən. Bu səbəblə də inhisarçılar daha çox ərzaq məhsulları istehsalı satışı ilə məşğuldurlar və qiymətləri mütəmadi olaraq ona görə yüksəkdirlər ki, daha çox qazana bilsinlər. Bunun qarşısını almaq üçün inhisarçılıq aradan qaldırılmalı, rəqabət mühiti formalaşdırılmalıdır ki, rəqabət qiyməti cilovlasın və keyfiyyətin yüksəldilməsinə gətirib çıxartsın",-deyə Akif Nəsirli əlavə edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.