İndi də “Kontakt Home”un adı ilə vətəndaşları aldadırlar - GUYA ÖZLƏRİNİN FƏRLİ İMİCLƏRİ VAR İDİ...

Bu gün, 00:16           
İndi də “Kontakt Home”un adı ilə vətəndaşları aldadırlar - GUYA ÖZLƏRİNİN FƏRLİ İMİCLƏRİ VAR İDİ...
“Kontakt Home” adından saxta sayt yaradılıb.

Musavat.com xəbər verir ki, bu barədə informasiya texnologiyaları üzrə mütəxəssis Elvin Abbasov məlumat yayıb.

O bildirib ki, "Kontakt Home" mağazalar şəbəkəsinin rəsmi veb saytına bənzər şəkildə yaradılmış saxta internet səhifəsi vasitəsilə vətəndaşlar aldadılır:

“Fırıldaqçılar endirim adı ilə cəlbedici məhsullar təqdim edir, istifadəçilərdən sifariş və ödəniş alaraq, daha sonra heç bir məhsul göndərmirlər.

Vətəndaşlardan daxil olan çoxsaylı şikayətlər göstərir ki, zərərçəkmişlər bu saxta sayta etibar edərək bank kartı məlumatlarını paylaşıblar və maddi zərərə uğrayıblar”.

Ekspert saxta profilin bu ünvanda olduğunu bildirib: https://Kantakt-home.com

Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ araşdırılır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.