Dünya iqtisadiyyatı ÇALXALANIR: Azərbaycanı nələr gözlüyür?

25-04-2025, 15:14           
Dünya iqtisadiyyatı ÇALXALANIR: Azərbaycanı nələr gözlüyür?
Qlobal iqtisadiyyatda olan qeyri-müəyyənliklər olmasaydı, uçot dərəcəsini endirmək istəyirdik.

Bu sözləri Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.

İqtisadçı-ekspert Əkrəm Həsənov “Referans”-a açıqlamasında dünya iqtisadiyyatında sözügedən qeyri-müəyyənliklərin Azərbaycan iqtisadiyyatına olacaq təsirindən danışıb.

“Bu qeyri-müəyyənliklər daha çox ABŞ siyasəti ilə bağlıdır. Yəni Donald Trampın dünyada tarıfləri qaldırması, rüsumların tez-tez dəyişməsi faktikiolaraq bütün dünya ilə ticarət mühariəsinin başlamasına gətirib çıxardı. Bu müharibə başladı amma sonra bunu dayandırdı. Elə bu özü də qeyri-müəyyənlikdir. Bunu davam etdirəcək ya yox, hələ ki aydın məsələlər deyil. Mərkəzi Bankın nəzərdə tutduğu qeyri-müəyyənliklər bunlardır. Buna görə də uçot dərəcəsini hələ ki sabit saxlayır. Gələcəkdə dünya iqtisadiyyatının axarında nələr baş verəcəksə, yəqin ki, Mərkəzi Bank da bunlara əsasən, yeni qərarlar verəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru