"Microsoft" "ağ hakerlər"ə 1,6 milyon dollar mükafat ödəyib

25-04-2025, 11:44           
"Microsoft" "ağ hakerlər"ə 1,6 milyon dollar mükafat ödəyib
"Microsoft" şirkəti "Zero Day Quest" adlı ilk genişmiqyaslı informasiya təhlükəsizliyi tədbiri çərçivəsində kibertəhlükəsizlik üzrə mütəxəssislərinə - "ağ hakerlər"ə - ümumilikdə 1,6 milyon ABŞ dollarından çox mükafat verib.

Valyuta.az xəbər verir ki, bu barədə məlumat şirkətin rəsmi saytında yer alıb.

Tədbir zamanı iştirakçılar "Microsoft"un bulud və süni intellekt xidmətlərində 600-dən çox təhlükəsizlik zəifliyi aşkarlayıblar. Təxminən 100 tədqiqatçının qatıldığı tədbirdə maarifləndirici sessiyalar da keçirilib.

Proqram çərçivəsində:

* Süni intellekt xidmətlərində zəiflik axtarışı "AI Red Team" komandası ilə birlikdə aparılıb;
* SSRF (server-side request forgery) hücumlarına qarşı müdafiə yolları mühəndislərlə birgə öyrənilib;
* Bug Bounty (səhv tapma və mükafatlandırma) üzrə mütəxəssislərdən tövsiyələr təqdim olunub.

"Microsoft" gələcəkdə bu cür tədbirləri daha da genişləndirməyi planlaşdırır. Şirkət mükafatların artırılacağını, yeni tədqiqat tapşırıqlarının təqdim ediləcəyini və məhsul inkişaf etdiriciləri ilə kibertəhlükəsizlik mütəxəssisləri arasında daha sıx əməkdaşlığın qurulacağını açıqlayıb.

"Ağ haker" kimdir?

"Ağ hakerlər" - kiberhücum bacarıqlarını qanun və etik qaydalar çərçivəsində sistemlərin və məlumatların qorunmasına yönəldən mütəxəssislərdir. Onlar təhlükəsizlik zəifliklərini aşkarlayaraq şirkətlərə risklərin qarşısını almaqda kömək edirlər. Bu baxımdan onlar "qara hakerlər"dən fərqlənir və informasiya təhlükəsizliyinin qorunmasında mühüm rol oynayırlar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru