Bakının məşhur parkı niyə abadlaşdırılmır? - VİDEO

25-04-2025, 10:44           
Bakının məşhur parkı niyə abadlaşdırılmır? - VİDEO
Bir zamanlar sakinlərin istirahət məkanı olan bağ baxımsız vəziyyətdədir.
TEREF Xezerxeber.az-a istinadən xəbər verir ki, söhbət Bakının Binəqədi rayonu ərazisində yerləşən "Pitomnik bağı" kimi tanınan təbiət evindən gedir.

Sakinlər deyirlər ki, bir vaxtlar geniş ərazisi və yaşıllığı ilə tanınan bu bağ, son illər ətrafında aparılan tikinti işləri nəticəsində xeyli kiçilib. Buradakı süni gölü qamışlıq basıb, bu isə xoş olmayan mənzərə yaradır.

Qeyd edək ki, ərazi Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Binəqədi rayon şöbəsinin balansındadır. Qurumdan bildirildi ki, bağın ərazisində genişmiqyaslı abadlıq işlərinin aparılması nəzərdə tutulur.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru