Elnur Bağırov: “Məqsədimiz sahibkarları cərimələmək deyil”

25-04-2025, 15:18           
Elnur Bağırov: “Məqsədimiz sahibkarları cərimələmək deyil”
Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin məqsədi sahibkarları cərimələmək deyil.

İndex.az xəbər verir ki, bunu qurumun sədri Elnur Bağırov Bakıda “Ticarət şəbəkələrinin bazar iqtisadiyyatında rolu: imkanlar və perspektivlər” mövzusunda keçirilən ictimai müzakirələrdə bildirib.

“Məqsədimiz sahibkarların maarifləndirilməsi, onların hüquq və vəzifələri barədə məlumatlı olmasıdır. Bu da nəticə etibarilə, istehlakçıların, yəni ölkə vətəndaşlarının hüquqlarının qorunmasına xidmət edir. Agentlik sahibkarları qarşılıqlı əməkdaşlığa dəvət edir, hər zaman açıq dialoqa hazırdır”, – deyə o qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru