Bu ilin sonuna qədər dəmir yollarının elektrikləşdirilməsini tamamlanacaq

25-04-2025, 15:38           
Bu ilin sonuna qədər dəmir yollarının elektrikləşdirilməsini tamamlanacaq
Bu ilin sonuna qədər Azərbaycan ərazisində dəmir yolu şəbəkəsinin elektrikləşdirilməsinin tamamlanması planlaşdırılır.

İndex.az xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədrin müşaviri Emil Məmmədov Bakıda keçirilən “Xəzər və Mərkəzi Asiya neft ticari-nəqliyyat Forumu”nda bildirib.

“İnfrastrukturdan danışarkən, bunun təkcə dəmir yolu xəttindən ibarət olmadığını anlamaq vacibdir. İnfrastruktura, həmçinin lokomotiv dartısı və hərəkət tərkibi daxildir. Bütün bu elementlər dəmir yolu sisteminin dayanıqlı inkişafının ayrılmaz hissəsidir”, – o qeyd edib.

E.Məmmədovun sözlərinə görə, elektrikləşdirmənin tamamlanması dəyişən cərəyanla işləyən lokomotivlərdən tam istifadə etməyə imkan verəcək: “Biz artıq belə lokomotivləri qismən tətbiq etməyə başlamışıq. Lakin onların tam istismarı üçün elektrik təchizatı və siqnalizasiya sistemlərinin quraşdırılmasını tamamlamaq lazımdır. Lokomotivlər artıq bizim balansımızdadır və işə hazırdırlar”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru