Qazaxda şair Vəli Xramçaylının 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib
Bu gün, 07:08

Bu gün Qazax Rayon İcra Hakimiyyəti və Azərbaycan Yazıçılar Birliyi (AYB) Qazax Bölməsinin birgə təşkilatçılığı ilə Azərbaycan Yazıçılar Birliyinin, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ocaq” qəzetinin baş redaktoru, şair Vəli Xramçaylının (Nəsibov Vəli Alı oğlu) 70 illiyinə həsr edilmiş yubiley tədbiri keçirilib.
Mediaxeberleri.Az xəbər verir ki, Qazax Ədəbiyyat Muzeyində keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, Atatürk Mərkəzinin direktor müavini Osman Ənvəroğlu, Azərbaycan Yazıçılar Birliyi Qazax Bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal, AYB üzvləri, ziyalılar, İkinci Şıxlı kəndinin ziyalıları, Bakı Dövlət Universitetinin Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin müəllim və tələbələri, mədəniyyət işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib.