Qiyamçı Priqojinin məşhur şirkətini azərbaycanlı milyarderlər aldı... - İLGİNC...
Bu gün, 10:37

"Vaqner" özəl şirkətinin keçmiş təsisçisi, iş adamı Yevgeni Priqojin tərəfindən təsis edilən “Konkord” şirkəti “Qida fabriki” MMC-ni Azərbaycan əsilli milyarderlər Qod Nisanov və Zarax İliyevin “Kiyev Ploşad” Şirkətlər Qrupu ilə əlaqəli strukturlara satıb.
Moderator.az "İslamnews" portalına istinadla xəbər verir ki, bu haqda Rusiyanın “Kommersant” nəşri məlumat yayıb.

Əvvəllər Yeni Moskvada yerləşən bu fabrik-mətbəx Moskva və Leninqrad vilayətində bir sıra bölmələri bağlayıb. Keçən ilin sonunda məlum olub ki, "Konkord-M"-in yeni sahibi Roman Kozlovdur.
"Konkord" Şirkətlər Qrupu Rusiya ordusunu ərzaqla təmin etməklə məşğul idi, lakin 2023-cü ilin yayında Yevgeni Priqojinin təşkil etdiyi uğursuz hərbi qiyamdan sonra şirkət Müdafiə Nazirliyi ilə müqaviləsini itirib.

Nazirliyin yeni təchizatçısı "RBE Group"-dur (bax: "Kommersant", 5 oktyabr 2023-cü il). Konkord həmçinin uşaq bağçaları, məktəblər, xəstəxanalar, həbsxanalar da daxil olmaqla digər dövlət qurumlarını da ərzaqla təmin edib, həmçinin Moskva və Leninqrad vilayətində bir neçə fabrik mətbəxinə sahib olub.
Xatırladılır ki, milyarderlər Qod Nisanov və Zarax İliyev yəhudi icmasının görkəmli nümayəndələridir və bir sıra mükafat və titullara layiq görülüblər. Nisanov Dünya Yəhudi Konqresinin vitse-prezidentidir, İliyev isə Moskva Dağ Yəhudiləri İcmasına sədrlik edir.