DİQQƏT! Bu halda evlərə görə ödənişlər edilə bilər - MÜHÜM

26-04-2025, 10:08           
DİQQƏT! Bu halda evlərə görə ödənişlər edilə bilər - MÜHÜM
Adətən təbiət hadisəsi nəticəsində kənd yerlərində bəzi ailələrin əmlaklarına, obyektlərinə ciddi ziyan dəyir.

Bu şəxslərin əmlakları necə qorunur? Fəsadlar olarsa, bərpa işlərini dövlət öz öhdəsinə götürə bilərmi?

Globalinfo.az-a danışan iqtisadçı Natiq Cəfərli deyib ki, əslində, evlər sığortalanmalıdır:

“Amma Azərbaycanda daşınmaz əmlak sığortası yox dərəcəsindədir. Ona görə də fərdi evlərə ziyan dəyəndə yalnız hökumət və dövlət qurumlarının yanaşmasına ümid edirik. Hər şey onlardan asılı olur. Qanunvericilikdə isə belə bir öhdəlik yoxdur. Əslində əmlaklar sığortalanmalı və belə təbiət hadisələri zamanı sığorta şirkətləri ödəniş etməlidirlər”.

İqtisadçı yerli icra hakimiyyətlərinin yardımı məsələsinə də toxunub:

“Sığortası olmayan fərdi evlər zərər gördükdə dəstək olub-olmamaq icra qurumlarının insafına qalır. Onlar kömək edə də bilərlər, etməyə də… Bu, təbii ki, vətəndaşları qane etmir. Ümumilikdə isə belə mexanizm yoxdur ki, sığortasız əmlaka dövlət mütləq kompensasiya verməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru