Şəhid oğlunun kreditlərini bağlamaq istəsə də... - NARAZILIQ VAR...
Bu gün, 09:37
.. Ağdam rayon sakini, şəhid Rövşən Mehdiyevin anası Atlas Mehdiyeva Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimlidən narazıdır. "DİA-AZ" xəbər verir ki, şəhid anasının sözlərinə görə, Ağdam rayon 106 saylı tam orta məktəbində işlə təmin olunmaq məqsədilə Sənan Məsimliyə müraciət edib. Mehdiyevanın iddiasına görə qəbula getməsinə baxmayaraq, idarə müdiri onu qəbul etməyib. Şəhid anası deyir ki, oğlu Rövşən Mehdiyev şəhid olduqdan sonra yüksək məbləğdə kredit borcları yığılıb. Atlas ana deyir ki, borcları ödəməkdə çətinlik çəkdiyi üçün işləmək istəsə də, Qarabağ Regional Təhsil İdarəsinin müdiri Sənan Məsimli ona nəinki kömək etmək, heç dinləmək belə istəməyib . Şikayətçinin iddiasına görə sözü gedən idarənin müdiri pul qarşılığında işçi götürür, işə ehtiyacı olan pul verməsə onu dinləmək belə istəmir. Atlas Mehdiyeva kanalımız vasitəsilə prezidentə və aidiyyatı dövlət qurumlarına müraciət edərək Sənan Məsimli kimi səlahiyyətindən su -istifadə şəxslər barəsində ölçü götürmələri xahiş edir.