"Skype" işini dayandırır Bu gün, 07:25 "Skype" platformasının işi mayın 5-də dayandırılacaq.Bu barədə "Microsoft"un texniki dəstək saytı məlumat yayıb.Şirkət daha əvvəl may ayında platformaya dəstəyi dayandıracağını, istifadəçi hesablarının "Microsoft Teams" servisinə köçürüləcəyini bəyan etmişdi.Qeyd edək ki, "Skype" platforması 2003-cü ildə istifadəyə verilib və 2011-ci ildə "Microsoft" tərəfindən satın alınıb. Facebook-da paylaş