İcra nümayəndəsi rəsmən QOÇULUQ EDİR
Bu gün, 09:28

Şabran rayonu, Gəndov kənd sakini Dostalıyev Seymur Şahşah oğlu tərəfindən Hurriyyet.az saytının redakisyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət edir:
"Cənab Prezident!
Mən, Dostalıyev Seymur Şahşah oğlu, illərdir kənd təsərrüfatı ilə məşğulam. Ordan qazandığımız pullarla ailəmizi dolandırırıq. Ailədə 7 nəfərik. İmkansızlığımızdan istifadə edən kənd sakinləri torpağımızı əlimizdən alıblar.
Dövlət aktında 4 hektar 82 sot torpağımız var. Kənd sakini, həmçinin icra ümayəndəsi işləyən Quliyev Cavanşır və İbrahimov Mansur hansısa yollarla torpaq sahəmizi məhkəmənin əli ilə öz adlarına keçiriblər.
Bunu bilən gündən müraciət etmədiyimiz qurum qalmayıb. 7 ay bundan qabaq Şabran Rayon Prokurorluğuna da gedib ərizə ilə müraciət etdim, lakin heç bir cavab olmadı.
Cənab Prezident!
Xahiş edirəm, bizim işimizin araşdırılması ilə bağlı aidiyyəti qurumlara göstəriş verəsiniz".