DİQQƏT: Bakıda bu binalara qazın verilişi dayandırılacaq – Həmişəlik!

Dünən, 09:52           
DİQQƏT: Bakıda bu binalara qazın verilişi dayandırılacaq – Həmişəlik!
“İstilik təchizatı haqqında” yeni qanun layihəsi ictimaiyyətdə narazılıqla qarşılanıb. Belə ki, energetika nazirinin müavini Elnur Soltanov bir neçə ildən sonra çoxmərtəbəli binalara təbii qazın daxil olmayacağını deyib. Onun sözlərinə görə, bu qanunun qəbulu təhlükəsiz mühitin yaranmasına səbəb olacaq.

Binalara təbii qazın verilişi dayandırılarsa, hansı əvəzləyici tədbirlərin görülməsi nəzərdə tutulur? Ümumiyyətlə, bu qərar nəyə əsaslanır və təsirləri necə olacaq?

Globalinfo.az-a danışan kommunal xidmətlər üzrə mütəxəssis Nüsrət Qasımov deyib ki, bütün dünyada mənzillərdə təbii qazdan istifadə olunur:

“Belə bir qərarın qəbulu mümkünsüzdür. Hazırda bütün qızdırıcı cihazlar avtomatik rejimdə çalışır, dördgözlü sobalar isə təhlükəsizdir. Bütün dünyada bu istiqamətdə təhlükə yoxdur, amma Azərbaycanda var?! 90 ildir ölkədə qaz işlədilir”.

Nüsrət Qasımov

Mütəxəssis əlavə edib ki, təbii qazın verilişi dayandırılarsa, elektrikdən istifadəyə tələbat artacaq:

“Onun yaratdığı təhlükələr isə qazdan dəfələrlə çoxdur. Köhnə kabellər qızaraq yanğın yarada bilir, üstüaçıq elektrik xətləri tokvurmaya gətirib çıxarır və s. Bakıda 10 milyon əhali qazdan istifadə edir. Təbii qazla bağlı risklər olsa da, müəyyən standartlar mövcuddur. Sadəcə, bu istiqamətdə maarifləndirmə işləri aparmaq lazımdır”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.