«Paşa Bank» pulu okeanın o tayına qoyur - ABŞ istiqrazlarına 140 milyon dollar yatırıb

11-06-2025, 10:22           
«Paşa Bank» pulu okeanın o tayına qoyur - ABŞ istiqrazlarına 140 milyon dollar yatırıb
Azərbaycanın aparıcı banklarından olan «Paşa Bank» qiymətli kağızlara yatırımların vektorunu dəyişib.

FED.az xəbər verir ki, ötən il başlayan bu proses çərçivəsində «Paşa Bank» yerli istiqrazlara yatırımı azaldaraq ABŞ bazarlarına yönəlib.

«Paşa Bank»ın reqlamenti pozaraq vaxtından gec açıqladığı illik hesabatda (mayın 31-dək açıqlamalı idi, bunu iyunun 10-da edib) göstərilib ki, ötən il bank ilk dəfə olaraq ABŞ qiymətli kağızlarına yatırım edib.

Hesabata əsasən 2024-cü ildə «Paşa Bank» ABŞ-ın Xəzinədarlıq istiqrazlarına 242 milyon manat yatırıb. Hazırki dollar/manat məzənnəsi ilə bu təxminən 142 milyon dollar deməkdir.

Maraqlıdır ki, «Paşa Bank»ın yatırım istiqamətinin dəyişməsi qiymətli kağızlara ümumi yatırımın azalması fonunda baş verib.

Belə ki, Bankın Azərbaycan İpoteka Fondunun qiymətli kağızlarına yatırımları 2023-cü ildəki 499 milyon manatdan 2024-cü ildə 413 milyon manata düşüb – 86 milyon manat azalma.

Maliyyə Nazirliyinin istiqrazlarına yatırımlar isə 2023-cü ildəki 832 milyon manatdan 2024-cü ilin sonunda 684 milyon manata düşüb – 150 milyo manat azalma.

Əvəzində yerli korporativ istiqrazlara yatırımların həcmi 76 milyon manatdan 97 milyon manata yüksəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru