“-ov”, “-yev” sonluqlu soyadlar dəyişdiriləcək?

4-07-2025, 15:34           
“-ov”, “-yev” sonluqlu soyadlar dəyişdiriləcək?
Azərbaycanda soyadların milliləşdirilməsi məsələsi zaman-zaman müzakirə mövzusuna çevrilir. Xüsusilə “-ov”, “-yev” kimi sovet dövründən qalan sonluqların dəyişdirilməsi dəstəklənir. Bəs soyadların milliləşməsi məcburi ola bilər?

TEREF xəbər ki, millət vəkili Fazil Mustafa Metbuat.az-a açıqlamasında bildirib ki, soyadların milliləşməsi ilə bağlı qanun qəbul olunub və onun müddəalarına əməl edilməlidir:

“Qanuna əsasən, vətəndaşların soyadlarını dəyişmək hüququ var. Ancaq soyad dəyişməsi insanlara məcburi şəkildə tətbiq olunmamalıdır. Bu, şəxsi seçimdir. İnsanların sənədləri, digər hüquqi məsələləri var və bu prosesə məcburən cəlb olunmalarının heç bir məntiqi yoxdur”.

F.Mustafanın fikrincə, insanlar milli soyadlara maarifləndirmə yolu ilə yönəlməlidirlər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru