İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir

4-07-2025, 17:17           
İradə Gülməmmədovanın qızı bu quruma 100 min manata ofis icarəyə verir
Abşeron Su Melirorasiya Sistemlərinin İstismar İdarəsi fərdi sahibkar Gülməmmədova Vüsalə Yolçu qızı ilə satınalma müqaviləsi bağlayıb.

Reportyor.info xəbər verir ki, müqavilədə ofis sahəsinin icarəsi xidmətinin satın alınması nəzərdə tutulur.
Satınalma müqaviləsinin maliyyə dəyəri 109 477,44 manatdır.
İcarəyə götürülən ofisin sahəsi və icarə müddəti haqqında hər hansı məlumat yoxdur.

Bu müqavilə üzrə satınalma proseduru birmənbə üsulu ilə həyata keçirilib.

Xatırladaq ki, Vüsalə Gülməmmədova Abşeronun keçmiş icra başçısı İradə Gülməmmədovanın qızıdır.
İradə Gülməmmədova 2015-ci ildən 2022-ci ilədək Abşeronun icra başçısı vəzifəsində işləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru