Göyçayda heykəlləri kim oğurlayıb? - FOTO

19-11-2016, 12:18           
Göyçayda heykəlləri kim oğurlayıb? - FOTO
1976-cı ildə tikilən Göyçay rayonunun əsas futbol stadionu 40 il sonra, 2016-ci ilin sentyabr ayında əsaslı təmirdən sonra istifadəyə verilib. Təmir sonrası burada xoşagəlməz hal baş verib.

Hüquq müdafiəçisi Taleh Xasməmmədov Unikal.org-a bildirib ki, stadionun girəcəyindəki tunc heykəllər yoxa çıxıb:"İki futbolçunun və iki güləşçinin görüntüsünü özündə əks etdirən heykəllər təmirdən sonra yox çıxdı. Rayonda heykəllərin satıldığı da iddia olunur. Bir çox insanlardan maraqlanmışıq. Hələ ki, yerini bilən yoxdur".

Əməkdaşımız Göyçay İcra Hakimiyyəti Başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Rəxşəndə Rəcəbova ilə əlaqə saxlayıb. O Unikal.org-a bildirib ki, bu barədə məlumatı yoxdur: "Bu məsələlərə Memarlıq və Tikinti şöbəsi baxır. Ona görə, heç ə deyə bilmərəm".

İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsi ilə əlaqə yaratmaq cəhdlərimiz baş tutmadığından heykəllərin aqibətinə aydınlıq gətirən olmadı.

Mövzuya qayıdacağıq...














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru