Abutalıbov 600 min ailəyə söz verdi - VİDEO

10-06-2015, 12:06           
Abutalıbov 600 min ailəyə söz verdi - VİDEO
Təzəpir məscidinin ətrafındakı bütün evlər sökülərək ərazisi yaşıllıq zonasına çevriləcək.

AzVision.az xəbər verir ki, bunu Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov “ATV Xəbər”ə açıqlamasında deyib.

Paytaxt meri Bakıda söküləcək əraziləri açıqlayıb: “Nizami metrosundan İstiqlaliyyət küçəsinə qədər, Nərimanov prospektindən indiki Azərbaycan prospektinə qədər olan ərazi tamamilə söküləcək. Təzəpir məscidinin ətrafı yaşıllıq zonasına çevriləcək”.

Abutalıbovun sənədsiz evlərin sakinlərinə müjdəsi var. Mer bildirib ki, həmin evlərdə yaşayan vətəndaşlara qarşı heç bir əsassız tələb irəli sürülmədən yaxın vaxtlarda problemləri həll olunacaq.

“Prezidentimiz Əmlak Komitəsində tapşırıqlar verib. İndi orada sənədlər hazırlanır. 600 mindən çox sənədsiz ev var. Elə kənd var ki, orada bir nəfərin də olsa evinin sənədi yoxdur. Halbuki, 100-150 ildir o evdə yaşayırlar. Buna baxmayaraq, onların da sənədləri qeydiyyata alınacaq”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.