Göycay İcra başçısı prezidentin göstərişini saymır- Yenə poliuretan üzlüklər
10-06-2015, 20:53
Rayon icra hakimiyyətləri prezident İlham Əliyevin yaşayış binalarının fasadına vurulmuş təhlükəli və tezalışan üzlüklərin dərhal sökülməsinə dair göstərişinə zidd gedərək poliuretan üzlükləri sökməkdən imtina edirlər.
Blogger Mehman Hüseynovun virtualaz.org saytına verdiyi məlumata görə, Göyçay rayonunda yaşayış binalarının fasadına vurulmuş poliuretan üzlüklər təcili surətdə rənglənir.
Məsələn, Göyçay şəhəri, Heydər Əliyev prospektindəki yaşayış binasının tezalışan üzlüklərinin rənglənməsi prosesi artıq başa çatmaq üzrədir. Yerli icra hakimiyyətinin bu qərarından hiddətlənən sakinlər isə buna mane olmağa çalışır.
“Biz sizin binanı əla təmir etmişik. Əgər kiminsə bu üzlüklərdən xoşu gəlməsə, onda bütün binanızı sökərik. Yerinizdə dinc oturun” - deyə Göyçay Rayon İcra Hakimiyyətinin nümayəndəsi binalarındakı poliuretan üzlüklərin saxlanmasına qarşı çıxan yerli sakinləri hədələyib.