İcra başçısının köməkçisi göyçaylıları aşağıladı: "Onlar bayraq görməmişdi"

10-06-2015, 21:17           
İcra başçısının köməkçisi göyçaylıları aşağıladı: "Onlar bayraq görməmişdi"
Xatırladaq ki, bu gün sosial şəbəkələrdə Göyçayın mərkəzində, Heydər Əliyev prospektində yerləşən penoplast üzlüklü hündürmərtəbəli binanın rənglənməsini əks etdirən foto yerləşdirilib.

Bildirilir ki, rayon icra hakimiyyətinin nümayəndələri penoplast üzlükləri sökmək əvəzinə, onları rəngləyib və yeni keyfiyyətli üzlüklər adı ilə təqdim ediblər. Etiraz edən sakinlərə isə binanın təmir edilməyəcəyi ilə bağlı hədə-qorxu gəlinib.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin köməkçisi Arif Yusifov Arqument.Az-a bildirib ki, həmin bina penoplast üzlüklü olsa da, keyfiyyətlidir: "Bir binadan baqşa bütün binalar sökülübdür. Onu da ekspertlər gəlib yoxladılar və sökülməməsi dair rəy verdilər. Onu deyim ki, bir var əriyən material, bir də var yanan material, bu yanan materialdan deyil”.

İcra başçısının köməkçisi fürstərdən istifadə edib Göyçayda ucaldılan bayraqdan da danışdı: "Mən 18 il mətbuatda çalışmışam. Bütün yaxşı həmkarlarıma da böyük hörmətim var, onlara canım qurban. Yeni icra başçısının gəlişindən sonra rayonumuzda 3 ay ərzində bir ilə bərabər işlər görülüb. Yaxşı niyə demirlər ki, Göyçayda bayraq asılıb? Göyçaylılar bayraq görməmişdi. İndi rayonumuzda 80 metr hündürlüyündə bayraq asılıb. Göyçayda o qədər dəyişiklik olub ki, hansı deyim, özüm də bilmirəm”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.