Bir qrup şəhid ailəsi Milli Məclisin qarşısında aksiya keçirib - VİDEO

16-02-2017, 23:06           

Fevralın 13-də bir qrup şəhid ailəsi Milli Məclisin qarşısında aksiya keçirib. Aksiyaçılar 1994-cü ildən bugünədək onlara verilməli olan sığorta haqqını tələb etmək üçün növbəti dəfə toplaşıblar.

teref.az-nunn Meydan TV-ə istinadən məlumatına görə, “Şəhid ailələrinə sosial dəstək” İctimai Birliyinin sədri Almaz Zeynalova bildirir ki, çoxsaylı problemləri olan ailələrin sonuncu ümidi məhz, veriləcək sığorta puludur.

Aksiya iştirakçılarını dinləməyə millət vəkilləri Hadı Rəcəbli və Musa Quliyev gəlib.

Millət vəkillərinin təkilifi ilə Almaz Zeynalova və birliyin 5 üzvü məsələni bağlı qapı arxasında müzakirə ediblər. Görüşdən sonra Almaz Zeynalova jurnalistlərə bildirib ki, ona məsələnin həll olunacağını söz veriblər.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.