BAKIDA GÖRÜLMƏMİŞ ETİRAZ

16-02-2017, 23:08           

“Bura “Yeni Bakı” yaşayış kompleksidir. Uşaqlar evdə donur, evlərdə palto, papaq, şərf, əlcək ilə otururuq”.

Bu barədə “Yeni Bakı” yaşayış kompleksinin sakinləri sosial şəbəkədə məlumat veriblər. Sakinlərdən biri isə mənzillərə qaz verilməməsinə etiraz əlaməti olaraq eyvanından “Biz donuruq, binaya qaz verin” yazılmış plakat asıb.

Sakinlər bildiriblər ki, binanı inşa edən İDF MMC şirkəti bütün sakinlərdən 700 manat sayğac pulu yığıb: “Qazımız yoxdur, işığın və suyun pulunu şirkət özü yıgır. Cana yığılmışıq, bizə kömək edin”.

Qeyd edək ki, bu günlərdə “Yeni Bakı” sakinlərindən bir qrupu toplaşaraq şəhərcikdə etirazlarını bildirmişdilər. Onlar haqq səslərinin dövlət qurumlarına çatdırılmasını istəyirlər.(yeniavaz.com )












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru