Arı ailələrinin təbiət ərazilərində yerləşdirilməsinə görə ödəniş ləğv edilib

21-06-2017, 08:44           
Arı ailələrinin təbiət ərazilərində yerləşdirilməsinə görə ödəniş ləğv edilib
Nazirlər Kabineti “Xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə ödənişli əsaslarla istifadə Qaydası və ödənişin məbləği”ndə dəyişiklik edib.

APA-nın məlumatına görə, bu Qayda mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq, hüquqi və fiziki şəxslər (təbiət istifadəçisi) tərəfindən beynəlxalq, respublika və bölgə əhəmiyyətli xüsusi mühafizə olunan təbiət ərazilərindən və obyektlərindən elmi, mədəni, tədris, turizm və rekreasiya, məhdud təsərrüfat məqsədləri ilə istifadənin ödənişlərinin əsaslarını və ödənişin məbləğini müəyyən edir.

Qaydaya əsasən indiyə qədər arı pətəklərinin (ailələrinin) xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşdirilməsinə görə hər arı pətəyi (ailəsi) üçün 1 manat aylıq ödəniş tələb edilib. Dəyişikliyə əsasən bu ödəniş ləğv edilib. Başqa sözlə, bundan sonra arı pətəklərinin (ailələrinin) xüsusi mühafizə olunan təbiət ərazilərində yerləşdirilməsinə görə sahibkarlardan ödəniş tələb olunmayacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru