Hər “Boeing”in mayası 23 ilə çıxacaq – AZAL-la bağlı ilginc faktlar

22-06-2017, 09:09           
Hər “Boeing”in mayası 23 ilə çıxacaq – AZAL-la bağlı ilginc faktlar
“AZAL dünyada bir bazarda tək inhisarçı şirkətdir ki, ziyanla işləyir. 2016-cı ildə ölkə ərazisində hava nəqliyyatından istifadə edən sərnişinlərin 98,5%-i AZAL-la uçublar.

İstədikləri qiyməti qoyurlar, amma hər il də sənədlərdə “ziyan”la işləyirlər, büdcədən dotasiya, Mərkəzi Bankdan qaytarmayacaqları kreditlər alırlar”.

BakuPost.az xəbər verir ki, bu sətirləri iqtisadçı-ekspert Natiq Cəfərli feysbuk səhifəsində yazıb.

Onun sözlərinə görə, AZAL biri 250 milyon dollar olan 4 Boeing alır: “Bir uçaq orta məsafəli reysdən bütün xərcləri, vergiləri çıxanda, ortalama, 15 min dollar qazanır.

Bir uçaq orta məsafəli reysdə sutka ərzində 2 dəfə uçur. Deməli, bu 250 milyon dollarlıq Boeing 16667 reys etməli, bunun üçün isə 23 il uçmalıdır ki, mayasını çıxartsın”.

Onu da deyək ki, AZAL-ın uçuşlarının baha olmasından deputatlar da şikayətləniblər. Millət vəkili Qüdrət Həsənquliyev parlamentin iclasında qeyd etmişdi ki, ildən-ilə borclar və borc faizlərinin büdcədən ödənilməsindən narahatdır:

“Dövlət zəmanətləri ilə götürülən borclara görə pullar ödənilir. AZAL-a görə 624 milyon ödənilib. Dövlət AZAL-ı və digər bu kimi strukturları özəlləşdirməlidir”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru