Mehriban Əliyeva işə qarışdı, Parabank şəhidin borcunu sildi

22-06-2017, 19:45           
Mehriban Əliyeva işə qarışdı, Parabank şəhidin borcunu sildi
Millət vəkili Qənirə Paşayeva sosial şəbəkədə "Parabank" rəhbərliyinin aprel şəhidini məhkəməyə verdiyi, evlərini itirmək qorxusunun yarandığı haqda yazmışdı.

teref.az xəbər verir ki, millət vəkili artıq məsələnin öz həllini tapdığını və borcun bağışlandığını qeyd edib. Millət vəkili I vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrini daim diqqətdə saxladığı üçün xüsusi təşəkkürünü bildirib:

"Para BOKT ASC"-yə və idarə heyətinin sədri Vəli Quliyevə təşəkkürlər. Şəhid qardaşımız Xaliq bəyin ailəsinin banka bütün borclarını bağışladılar və bununla bağlı sənədləri şəhidimizin anasına ve atasına verdilər. Eyni zamanda ölkəmizin I vitse-prezidenti Mehriban xanım Əliyevaya xüsusi təşəkkür edirik. Mehriban xanımın köməkçisi Anar Ələkbərov zəng edib şəhid anamızla danışdı ve dedi ki, şəhid ailələri Mehriban xanımın xüsusi diqqetindədir və ailənin qayğıları ilə maraqlanır. Bankın rəhbəri Vəli müəllimə operativ münasibəti üçün bir daha təşəkkürlər". (Qaynarinfo)













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.