Sabunçu xəstəxanasının tavanı uçdu - Təzə təmirdən çxan xəstəxanada

14-07-2015, 11:34           
Sabunçu xəstəxanasının tavanı uçdu - Təzə təmirdən çxan xəstəxanada
Sabunçu rayon 3 saylı Kliniki Xəstəxananın tavanı uçub.

TİA.AZ-ın xəbərinə görə, vur-tut 7 ay əvvəl təmir edilən Sabunçu xəstəxanasının tavanı yararsız vəziyyətə düşüb. Dövlət vəsaiti hesabına acınacaqlı halda olan səhiyyə ocağında yenidənqurma işləri görülməsinə baxmayaraq, keyfiyyətsiz təmir-tikinti aparıldığı məlum olub.
Məlumatda qeyd olunur ki, ayrılan vəsaitlərin şəffaf xərclənmədiyi və keyfiyyətsiz təmir işləri həyata keçirildiyi, hətta bu məsələdə Maliyyə Nazirliyi ilə baş həkimin birgə maxinasiyaya qol çəkdiyi ortalığa çıxıb.
3 saylı Klinik Xəstəxanada xəstələrin soyulması, onlardan rüşvət alınması ilə bağlı məsələ dəfələrdə gündəmə gəlsə də, bu problem nəinki aradan qalxmır, əksinə, günü-gündən daha geniş vüsət alır.
Uzun müddət şəraitsizlik və baxımsızlıqdan əziyyət çəkən xəstəxana son dövrlər təmir olunsa da, “şirinlik” azarından qurtula bilmir.
Belə ki, xəstəxanaya təşrif buyuran pasiyentlərə “yer yoxdur” bəhanəsi ilə xidmət göstərilməkdən imtina olunur.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.