Putinin andiçmə mərasiminə qatılmayan Nikolun bu gün Moskvaya səfəri “məcburi” xarakter daşıyır

9-05-2024, 12:34           
Putinin andiçmə mərasiminə qatılmayan Nikolun bu gün Moskvaya səfəri “məcburi” xarakter daşıyır
Erməni baş nazir inaqurasiya mərasimində Putini alqışlamasını Qərbdəki tərəfdaşlarına izah edə bilməzdi, lakin Avrasiya İqtisadi İttifaqının iclası üçün Moskvaya getməsinin izahı var: Ermənistanın iqtisadi mənbələri Rusiya və Aİİ ölkələridir və alternativ tapılmadığı müddətdə bu bazarı itirə bilməz.
Putin-Paşinyan görüşünü Rusiya-Ermənistan münasibətlərində həlledici an adlandırmaq olar. Rusiya anlayır ki, Paşinyan hakimiyyəti ilə Moskva-İrəvan münasibətlərinin “qızıl dövrünü” qaytarmaq mümkün olmayacaq, lakin körpülərin tamamilə yandırılmasını da istəmir, xüsusilə Ukrayna müharibəsinin nəticəsi bəlli olmadığı müddətdə. Bu baxımdan, Putin Paşinyanla görüşdə iki məsələyə xüsusilə diqqət edə bilər:
Birincisi, Paşinyandan anti-Rusiya siyasətinin səbəblərini soruşa və münasibətlərdə normallaşma imkanlarının tükənmədiyi üzərində dayana bilər;
İkincisi, Ermənistanın xarici siyasət vektorunu – Rusiya ilə eyni çətirin altında qalıb-qalmayacağını anlamağa çalışacaq: İrəvana qarşı bundan sonrakı addımlarını da bu məsələ üzərindən müəyyənləşdirə bilər;
Paşinyan anti-Rusiya siyasətindən əl çəkməyəcək, lakin mövcud vəziyyətdə Putini inandırmağa və Qərbdən tam dəstək alana qədər zaman qazanmağa çalışacaq. Hərçənd, inandıra bilməsə, Rusiyanın Ermənistana qarş ritorik müstəvidəki təhdidlərini praktiki müstəviyə keçirməsi də gözləniləndir.
Asif Nerimanli
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru