TikTok və ByteDance ABŞ məhkəməsində iddia qaldırıb
9-05-2024, 12:44
TikTok və tətbiqin ana şirkəti ByteDance çərşənbə axşamı prezident Co Baydenin imzaladığı və tətbiqin satışını və ya istifadəsini qadağan edən qanunun qarşısını almaq üçün iddia qaldırıb. İddia ABŞ-ın Vaşinqtondakı Apellyasiya Məhkəməsində qaldırılıb.
Şirkətlərin iddialarına görə, bu qanun ABŞ Konstitusiyasının bir sıra əsaslarına, o cümlədən söz azadlığının qorunmasına ziddir.
Prezident Bayden tərəfindən aprelin 24-də imzalanan qanun ByteDance-ə TikTok-u satmaq üçün yanvarın 19-dək vaxt verir. Əks halda, qadağa yanvarın 19-dan qüvvəyə minəcək.
Ağ Ev və ABŞ Ədliyyə Nazirliyi hələlik şərh müraciətinə cavab verməyib.
İddia ərizəsində qeyd edilirdi ki, sövdələşmə “nə kommersiya, nə texnoloji, nə də hüquqi baxımdan mümkün deyil”.
İddia sənədində həmçinin bildirilir ki, “Şübhəsiz ki, bu qanun TikTok-u 19 yanvar 2025-ci ilə qədər bağlamağa məcbur edəcək və başqa heç bir yerdə yaradıla bilməyən bu platformadan istifadə edən 170 milyon amerikalının ünsiyyətini susduracaq”.
ABŞ Konqresi tərəfindən hazırlanan qanun layihəsi təqdim edildikdən cəmi bir neçə həftə sonra Konqresdə böyük səs çoxluğu ilə qəbul edilib. Qanunda göstərilir ki, TikTok amerikalı istifadəçilərin məlumatlarını paylaşır.
TikTok-un amerikalı istifadəçilərin məlumatlarını paylaşdığı və ya paylaşacağı ilə bağlı iddiaları təkzib edərək, Amerika Konqresi üzvlərini "spekulyativ" narahatlıq doğurmaqda ittiham etdi.
Qanun, tətbiq mağazalarına TikTok təklif etməyi qadağan edir. ByteDance 19 yanvar tarixinə qədər TikTokdan imtina etməsə, internet provayderləri TikTok-un dəstəkləməsinə mane olacaq.