Qoşqar Təhməzlinin qardaşının kürəkəni Bakının mərkəzində bina tikir - FOTO
9-05-2024, 11:06
Təhməzlilər Bakının mərkəzində, Kövkəb Səfərəliyeva küçəsi 12-də 15 mərtəbəli bina tikirlər. Adı "Murad residence"dir. Yəni Murad Təhməzli Residense!
Pravda.az-ın xəbərinə görə, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat yayıb.
"Binanı Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzlinin qardaşı, Mənzil İnşaatı Dövlət Agentliyi yanında "MİDA" MMC-nin direktoru Fərhad Təhməzovun kürəkəni Cavidan İmanovun qanuni təmsilçisiliyi ilə 2016-cı ildə binanın tikildiyi ünvanda hüquqi qeydiyyatdan keçmiş "Murad-T" Mənzil Tikinti Koperativi həyata keçirir. Cavidan İmanov professor Nazim İmanovun oğludur, Qoşqar Təhməzli vəzifəyə təyin olunanda Slovakiya, və Ukraynadakı şirkətlərini onun adına keçirib. Təhməzlilərə məxsus, Cavidan İmanovun qanuni təmsilçisi olduğu "Liman qrup" isə tender şirkəti kimi fəaliyyət göstərib və müxtəlif dövlət qurumlarından sifarişlər alıb. O, 2015-cil ildə İngiltərədə Fərhad Təhməzova məxsus FTE INTERNATIONAL SOLUTIONS LLP şirkətinin də direktoru olub. Şirkət 2017-ci ildə ləğv olunub", - o qeyd edib.