İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
9-05-2024, 13:14
Bir neçə gün öncə İran Asayişin Qorunması Qüvvələri - FƏRACA-nın sözçüsü general Səid Müntəzirəlmehdi polisin mütəşəkkil və şəbəkə cinayətlərinin müxtəlif formaları ilə mübarizədə əldə etdiyi nəticələr barədə brifinq keçirib.
Brifinq zamanı o, bu qurumun əxlaqsızlıq və fahişəlik şəbəkələri, qadınların rəqs yarışması adı altında seksual xidmət məqsədi ilə xaricə aparılması, porno modellər dəstəsi və azyaşlı qızların erotik videolarının canlı yayımlanması ilə bağlı son aylarda keçirdiyi əməliyyatların təfərrüatını açıqlayıb.
Bu kontekstdə ayrı-ayrı epizodlar barədə ətraflı məlumat verən general bildirib ki, “eskort xidməti” adı ilə tanınan bir cinayət işində uyğun qızların seçilib cəlb olunması və sonradan intim xidmətlər üçün qaçaq yolla ölkə xaricinə aparılması ilə məşğul olan əxlaqsızlıq bandası müəyyənləşdirilərək sıradan çıxarılıb: “Bu iş üzrə birinci mərhələdə 24 nəfər, ikinci mərhələdə 57 nəfər həbs olunub, üçüncü mərhələdə də xeyli adam müəyyən edilib və onlar barədə araşdırma aparılır”.
Ətraflı “Azad İran” “YouTube” kanalının süjetində: