Evinin zirzəmisində 1 milyard dollarlıq şirkət qurdu - FOTOLAR

16-07-2017, 10:47           

Kanadanın Missisauqa şəhərində yaşayan, informasiya məsləhətçisi kimi işləyən bacarıqlı iş adamı Karl Rodriqez bir səhər oyanıb və işindən istefa verməyə qərar verib.
Publika.az xəbər verir ki, onun bu qərarını ətrafındakı heç bir insan birmənalı qarşılamayıb.
İşini atdıqdan bir müddət sonra Karl ətrafdakı insanların onunla əsəb xəstəsi kimi davrandıqlarını deyib:
“Hamı ağlımı itirdiyimi düşünürdü. Bir növ hippiyə çevrildiyimi ehtimal edirdilər”. “Bu adama nə oldu” deyə bir-birilərinə suallar verirdilər.”
Bütün qınaqlara baxmayaraq, Karl başqa insanlar üçün faydalı işlər görməkdənsə, arzuladığı və maraqlandığı işlərlə məşğul olmağa qərar verib.
Onun ən önəmli problemi isə nə etmək istədiyi barədə heç bir fikrinin olmaması olub. Beləliklə, o, evinin zirzəmisindəki boş otaqlardan birinə köçüb və gələcək işi barədə planlar qurmağa başlayıb.
Karl bir ay ərzində dəli kimi işləyib və mobil telefon istifadəçilərinin cihazlarını fərdi kompüterlərdən nəzarət etməsini təmin edən bir proqram hazırlayıb.
Bu ideya üzərində “Soti” adlı özəl şirkətini quran Karl yavaş-yavaş işlərini genişləndirib və 1 ildən sonra İngiltərənin ən böyük supermarket qruplarının birindən bir sifariş alıb. Sifarişi verən firma Karlın proqramını müştərilərinə satmaq əvəzinə sistemi öz əməliyyatlarına inteqrasiya etməklə işçilərinin məlumatlarını və digər məlumatları digər işçilərə daha yaxşı göndərə bilmək üçün Karlla iş qurmaq istəyib.
Karl bu hadisə haqqında danışarkən “Bu firmadan zəng gələndə mən hələ də evimin zirzəmisindəydim. Zirzəmidə tək bir adamın olduğunun fərqində deyildilər. Zəng edən adam şirkətin satış bölməsindən biri ilə danışmaq istədiyini bildirdi. Mən səsimin tonunu dəyişdirərək onunla satış bölməsinin müdiri kimi danışdım” sözlərini deyib.
Karlın kiçik hiyləsi baş tutub və o, həmin şirkətdən 20000 dollarlıq sifariş alıb.
Həmin sifariş sayəsində Karlın şirkəti sürətlə böyüməyə başlayıb. Fərdi şəxslərə deyil, özəl şirkətlərə mobil texnologiya proqram sistemləri satdığı üçün çox insan bu şirkətin adını eşitməsə də. Karl çox böyük uğurlar əldə edib və nəhəng şirkətlərlə əməkdaşlıq edib.
Hazırda Karlın illik gəliri 80 milyon dollara çatıb. O, bu uğuru özünün və arvadının gərgin əməyi sayəsində qazandığını deyib.
2006-cı ildə “Microsoft” şirkətindən gələn təklifi rədd edən Karl “Soti”nin kompüter sahəsində bir şirkət nə qədər böyüyürsə, onun da o qədər böyüməsini istəyir.
Hazırda “Soti” şirkətinin dəyəri 1 milyard dollardan çoxdur. Dünyada 17 000 şirkətlə əməkdaşlıq edən “Soti”nin 22 fərqli ölkədə 700 işçisi var.
Karl Rodriqez zirzəmidə qurduğu işini hazırda yaşadığı şəhərdəki iki fərqli binaya köçürüb. O, hal-hazırda şirkətin tək probleminin kifayət qədər yaxşı kompüter proqramçısı tapa bilməməsi olduğunu deyib.
















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.