Güvən Klinikasının həkimi xəstənin sağ gözünü kor qoymaq istədi - İDDİA

4-01-2018, 21:15           
Güvən Klinikasının həkimi xəstənin sağ gözünü kor qoymaq istədi - İDDİA
Güvən Klinikasında ovtalmoloq Fəxriyyə Yusifzadə vətəndaşa dərman yazarkən ciddi səhvə yol verib.

teref.az A24.Az-a istinadla bildirir ki, Təzəxan Muradov müraciətində bildirib ki, sol gözündə katarakta (mirvari suyu) ilə bağlı Güvən Klinikasına müraciət edib.
Həkim dərmanı sol gözünə yazmaqdan sağa müalicə təyin edib.
“Gözümdə müayinə aparıb resept yazdı. Bildirdi ki, bu dərmanı tök 3 gün sonra gözünü əməliyyat edəcəyik. Aptekdən dərmanı alandan sonra evdə baxdım ki, dərmanı sola yazmaqdan saga yazıb. Təkrar klinikaya getdim, həkimə bildirdim ki, səhvə yol verib. Mənə dedi ki, mexaniki səhv olub”- deyə şikayətçi bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru