“Azərbaycandan əlləri boşa çıxdı, indi bizə yalvarırlar...” - Fındıq məsələsi

5-01-2018, 13:27           
“Azərbaycandan əlləri boşa çıxdı, indi bizə yalvarırlar...” - Fındıq məsələsi
Türkiyənin Giresun Ziraat Odası Başqanı Nurittin Karan qlobal fındıq inhisarçılarının və onların yerli ortaqlarının Azərbaycan, Gürcüstan və Çilidə fındıq istehsalı ilə bağlı yatırımlarının və gözləntilərinin boşa çıxdığını iddia edir. Virtualaz.org Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Nurittin Karan həmin qlobal fındıq inhisarçılarının bu ölkələrdən aldıqları fındığı “çürüdüb yağını çıxardıqlarını” bildirib.

Karan deyib ki, Tükiyəyə xaricdən yağ alınması üçün nəzərdə tutulan fındıq idxal edilir. Onun sözlərinə görə, dünyada Türkiyə fındığının, xüsusən də Giresun bölgəsində yetişdirilən fındığın keyfiyyət baxımından alternativi yoxdur. “Azərbaycan, Gürcüstan və Çilidə ümidləri doğrulmayanlar indi Türk fndıq istehsalçılarına şirin görünmək üçün növbəyə düzülüblər”-Karan deyib.

Türkiyə bu yaxınlara qədər dünyanın ən iri fındıq ixracatçısı idi və bu sahədən ildə milyardlarla dollar gəlir götürürdü. Lakin son illərdə Azərbaycan və Gürcüstan kimi ölkələrin də bu gəlirli sahəyə investisiya yatırması, fındıq istehsalını və ixracını artırması Türkiyənin fındıq istehsalçılarını narahat edib. Belə ki, Türkiyədən bəzi investorlar Azərbaycanda fındıq bağları salmağa yatırımlar qoyur və qonşu ölkədə narahatdırlar ki, bu, gələcəkdə Türkiyənin qlobal fındıq bazarında payını azaldacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.