AZAL-dan sərnişinlərə daha bir zərbə - uçuşa bir saat qalmış qeydiyyat bağlanacaq

5-01-2018, 21:04           
AZAL-dan sərnişinlərə daha bir zərbə - uçuşa bir saat qalmış qeydiyyat bağlanacaq
2018-ci il yanvarın 15-dən etibarən "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) bütün reyslərinə qeydiyyat bütün aeroportlarda uçuşa 60 dəqiqə qalmış bağlanacaq.

AZXEBER.COM xəbər verir ki, bu barədə şirkətin yaydığı məlumatda deyilir. Belə ki, bundan sonra sərnişinlər uçuşa bir saat qalmış hava limanında qeydiyyatda iştirak etməlidirlər. Əks təqdirdə uçuşa buraxılmayacaqlar.

Qeyd edək ki, dünyanın bir çox ölkələrində "Check”in prosesi online həyata keçirilir. Hava limanlarında isə qeydiyyat əsasən uçuşa 40 dəqiqə qalmış bağlanılır. Ölkəmizdə isə onine "Check”in ənənəsi demək olar ki yox səviyyəsindədir. Sərnişinlər bunun üçün mütləq mənada öncədən təyin olmuş vaxtda hava limanında olmaq məcburiyyətinədirlər. Bundan başqa, Qazağıstanın hava şirkəti "Airastana” daxili və xarici səfərlər üçün qeydiyyat prosesini 40 dəqiqə qalmış bağlı elan edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.