"1 ABŞ dolları 1,7 Azərbaycan manatı gerçək bazar məzənnəsi deyil"

6-01-2018, 00:12           
"1 ABŞ dolları 1,7 Azərbaycan manatı gerçək bazar məzənnəsi deyil"
"Azərbaycan Respublikası Dövlət Neft Fondunun açıqlamasına görə, Fond yalnız ötən ilin dekabr ayı ərzində valyuta hərraclarında 584.8 milyon ABŞ dolları məbləğində vəsait satıb ki, bu da noyabrla müqayisədə 2,8 dəfə çoxdur".
Bu barədə iqtisadçı-ekspert Qubad İbadoğlu bildirib. İqtisadçı bununla əlaqədar olaraq, 2 məqam açıqlayıb: "Birincisi, əvvəldən proqnozlaşdırdığımız kimi dekabr ayında valyuta bazarında gərginlik qeydə alınıb. İkincisi, əgər həqiqətən də liberal üzən valyuta rejimi ilə bazar tənzimlənirsə onda dollara tələbat artanda manat niyə dəyərdən düşmür? Deməli, 1 ABŞ dolları 1,7 Azərbaycan manatı hələ də gerçək bazar məzənnəsi deyil, tənzimlənən və təyin olunan kursdur"












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru