Azərbaycanda yol polisləri arasında qanlı DAVA: Məmur oğlu bıçaqlandı

11-03-2018, 13:38           
Azərbaycanda yol polisləri arasında qanlı DAVA: Məmur oğlu bıçaqlandı
Beyləqan rayonunda yol polisləri arasında qanlı dava baş verib.

teref.az criminal.az-a istinadən xəbər verir ki, Beyləqan rayon yol polisi şöbəsinin əməkdaşı Tural Əliyev iş yoldaşı Namiq Zeynalovu bıçaqlayıb. Hadisənin səbəbi hələlik məlum deyil, Namiq Zeynalov ağır vəziyyətdə Beyləqan rayon xəstəxanasına çatdırılıb, həkimlər tərəfindən ona ilkin yardım göstərilib.
Beyləqan rayon mərkəzi xəstəxanasının baş həkimi Əli Məmmədov bildirib ki, yol polis əməkdaşı Namiq Zeynalov kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası ilə xəstəxanaya daxil olub, onun hansı şəraitdə bıçaqlanması məlum deyil.
Qeyd edək ki, iş yoldaşını bıçaqlamaqda təqsirləndirilən Tural Əliyev Beyləqan rayol Təhsil şöbəsinin müdiri Xuraman Rüstəmovanın oğludur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru