Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik 1 000%-dir
26-03-2018, 13:09
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda kənd təsərrüfatı bitkilərinin sığortası üzrə 6 444 manat sığorta haqqı toplanılıb.
“Report” bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına istinadən xəbər verir.
Məlumata görə, qeyd olunan sığorta növü üzrə həyata keçirilmiş sığorta ödənişləri isə bundan təxminən 10 dəfə çox – 64 371 manat olub. Başqa sözlə, kənd təsərrüfatı bitkilərinin sığortası üzrə zərərlilik təxminən 1 000%-dir.
2 ay ərzində qalan bütün sığorta növləri üzrə yığımları ödənişləri üstələyib. Bəzi sığorta növlərində zərərlilik nisbətən yüksək olub. Belə ki, ödəniş-yığım nisbəti hərbi qulluqçuların dövlət icbari şəxsi sığortasında 94%, avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasında 72%, həyatın yaşam sığortasında 59%, avtonəqliyyat vasitələrinin könüllü sığortasında 43% təşkil edib.