Xarabalığa çevrilən 3 saylı Evtikmə Kombinatı

29-08-2015, 20:54           
Xarabalığa çevrilən 3 saylı Evtikmə Kombinatı
Bakının Dərnəgül qəsəbəsi "Elite" Ticarət Mərkəzinin arxasında keçmiş “3 saylı Evtikmə Kombinatı” yerləşir. 20 ildən çoxdur bu kombiatda 150-ə yaxın qaçqın və məcburi köçkün ailəsi məskunlaşıb. “3 saylı Evtikmə Kombinatı”nda Sovet dövründə hazır beton istehsal olunurdu.

Zavod fəaliyyətini dayandırdıqdan sonra qaçqınlar məskən salmağa başlayıb. Burada yaşayan sakinlər hər an ölüm təhlükəsi ilə üz-üzədirlər. Kombinatın beton divarları istismar müddətini başa vurduğundan uçub tökülür. Sakinlər taxta və kardonlardan özlərinə köhnə qəzet köşklərini xatırladan 1 otaqlı daxma düzəldiblər. 22 ildir burada yaşayanlar bildirirlər ki, evlər kombinatın içində yerlədiyindən hava yoxdur, uşaqlar zibil və köhnə kombinatın qalıqları arasıznda oynayır, xəstələnir, qüsurlu doğulur. Kanalizasiya, qaz və su problem hələ də düzəlməyib : "Qazımız ümumiyyətlə, yoxdur.

Elektrik peçlərindən istifadə edirik. Elektrik də olmayanda yemək bişirə bilmirik”. Sakinlər müxtəlif dövlət qurumlarına müraciət etsələr də hər dəfə “tezliklə yeni mənzillərə köçürəcəksiniz" cavabını alırlar. Evlərdə kanalizasiya olmadığından tullantılar ətafa axıdılır. Bu da müxtəlif xəstəliklərin yaranmasına səbəb olur. Ərazidə yaşayan uşaqlar kanalizasiya, kombinatın qalıları, beton lövhələr və zibillikdə oynayırlar. Xəstəliklər yaxalarını buraxmır. Burda doğulan uşaqların gələcək taleyi sual altıdadır. Uşaqların taleyi ilə bağlı məsuliyyəti heç bir qurum məsulyət daşımır.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.