Restoran əməkdaşı müştərinin önündə yeməyin içinə tüpürdü – VİDEO

27-03-2018, 09:39           

ABŞ-ın fast-fud şəbəkələrindən birinə aid restoranda işçi qız müştərilərin gözü önündə yeməyə tüpürərək qalmaqal salıb.

Oxu.Az xəbər verir ki, bu barədə “NBC Montana” məlumat yayıb.

İnsident “Pita Pit” restoranlar şəbəkəsinin Mizula şəhərində yerləşən filialında baş verib.

Videoda kafenin əməkdaşı müştəri ilə mübahisə edir. Mübahisənin gərginləşməsindən sonra gənc işçi müştəri üçün hazırladığı burgerin içinə tüpürür və onun üzərinə tullayır.

“Bunu ona görə etdim ki, üç gündür evə getmək istəyirəm, gedə bilmirəm” deyə restoranın əməkdaşı bildirir.

Hiddətlənmiş müştəri hadisənin görüntüsünü “Facebook” sosial şəbəkəsində paylaşıb. Video qısa müddət ərzində 385 mindən çox baxış sayı qazanıb.

Qalmaqalın böyüməsindən sonra şirkət rəhbərliyi rəsmi qaydada üzrxahlıq edib və həmin gənc qızın artıq işdən kənarlaşdırıldığını bəyan edib.
[media=https://www.youtube.com/watch?time_continue=1&v=qPcIl3bm8uI]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru