Rusiyadan silah alan ölkələri gözləyən təhlükə

8-05-2018, 08:48           

Rusiya silahlarını əldə edən ölkələrə qarşı ABŞ sanksiyalarının tətbiqi elə Vaşinqtonun öz əleyhinə çevrilə bilər.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Strateji və Beynəxalq Araşdırmalar Mərkəzinin “Rusiya və Avrasiya” proqramının rəhbəri Olqa Oliker deyib.

“Onlar çox pul qazanırlar. Digər tərəfdən, onlar başqalarına silahlar satırlar. Burada ABŞ-ın alternativ olmasına gərək yoxdur. Təsəvvür etmək belə çətindir ki, ABŞ rus silahını almış Hindistana sanksiya tətbiq edir. Eyni zamanda türklər də lazım olanı edəcəklərini açıq şəkildə ifadə etdilər. Bu, (sanksiya tətbiqi) çox təhlükəli addım ola bilər”, - deyə Oliker bildirib.

Qeyd edək ki, ABŞ administrasiyası Rusiyaya məxsus hərbi müdafiə şirkətləri və qurumlarının siyahısını dərc edərək, bu təsisatlardan silah alan 3-cü ölkələrə sanksiya tətbiq ediləcəyini istisna etməmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru