“Artıq əsəblərim tarıma çəkilib...” - 50 yaşı erməni əsirliyində tamam olan Şahbaz Quliyevin qardaşı...

10-05-2018, 10:45           
“Artıq əsəblərim tarıma çəkilib...” - 50 yaşı erməni əsirliyində tamam olan Şahbaz Quliyevin qardaşı...
2014-cü ildə öz doğma torpaqlarına gedərkən həbs edilən soydaşlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyev indiyə kimi haqsız yerə erməni əsirliyində saxlanılır. Bu gün Şahbaz Quliyevin doğum günüdür. Çətin də olsa o, indi dəmir barmaqlıqlar arasında doğum günündə daha çox ailəsinin yanında olmağı arzu edir.

Şahbaz Quliyevin qardaşı İlham Quliyev Moderator.az -a açıqlamasında qardaşına görə artıq əsəblərinin tarıma çəkildiyini bildirib:

“Bu gün (dünən -red.) Şahbazın 50 yaşı tamam olur. Siz təsəvvür edin biz nə vəziyyətdəyik. 2014-cü ildən qardaşım Şahbazla Dilqəm Əsgərov erməni əsirliyində saxlanılır. Bu qədər yazılır, deyilir, amma heç bir xeyri yoxdur. Yorulmuşam bu sual-cavabdan, artıq əsəblərim tarıma çəkilib”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru