Sənədini itirənlər bu xəbəri mütləq OXUSUN!

12-05-2018, 09:41           

“Azərpoçt” MMC-nin “Poçtap” sistemində 885 itirilmiş sənəd qeydiyyata alınıb və onlardan 282-i sahiblərinə təhvil verilib.

Publika.az xəbər verir ki, bu barədə Trend-ə “Azərpoçt”dan məlumat verilib.

İndiyədək tapılan sənədlərin 555-i müvafiq strukturlara təhvil verilib, 48 sənəd isə “Azərpoçt”un şöbə və filiallarında saxlanılır.

Qeyd edək ki, “Poçtap” xidməti 2017-ci ilin fevralında işə salınıb və Bakı şəhər Baş Polis İdarəsi, “Bakı Metropoliteni” QSC, “Təmiz Şəhər” ASC və “Bakubus” MMC tərəfindən birgə həyata keçirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru