Bakıda vətəndaşın "Bravo" market qarşısında haqlı üsyanı

12-05-2018, 17:08           
Bakıda vətəndaşın "Bravo" market qarşısında haqlı üsyanı
Bakıda vətəndaş "Bravo" marketin yol kənarını zəbt edərək şəxsi dayanacağa çevirməsinə etiraz edib.

Hadisə "Bravo" marketlər şəbəkəsinin Səməd Vurğun 667-ci məhəllədə (Zabitlər parkı ilə üzbəüz) yerləşən filialında baş verib. Bildirək ki, "Bravo"nun bu ünvandakı marketi hündürmərtəbəli yaşayış binasının birinci mərtəbəsində yerləşir.

Musavat.com-un hadisə yerində olan əməkdaşı xəbər verir ki, narazı vətəndaş da həmin binanın sakini olduğunu, amma avtomobilini saxlamağa yer tapmadığını deyərək etirazını bildirib.

Məlumat üçün qeyd edək ki, marketin qarşısında avtomobillərin dayanması üçün xüsusi zolaqlar çəkilib. Amma bu əraziyə nəzarət edən şəxs buradan yalnız marketə gələn müştərilərin istifadə edə biləcəyini deyərək digər sürücüləri başqa dayanacaqlara yönləndirir.

Bu xəbərdarlıq da vətəndaşın narazılığına səbəb olub. Çünki o, dayanacaq boş olduğu halda maşınını həmin ərazidə saxlaya bilməyib.

Vətəndaş buna etiraz edərək "102" xidmətinə zəng edərək narazılığını bildirib. Əraziyə polis əməkdaşları gəlib. Mağaza əməkdaşları isə bunun rəhbərlik səviyyəsində həll edilən bir məsələ olduğunu deyiblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru