"Sınıq körpü"də dəhşətli tıxac yaranıb: "Biz hələ indiyədək iyul ayında belə müsibət görməmişdik"

29-07-2018, 21:00           
"Sınıq körpü"də dəhşətli tıxac yaranıb: "Biz hələ indiyədək iyul ayında belə müsibət görməmişdik"
Azərbaycanın Gürcüstanla sərhədində yerləşən "Sınıq körpü"də hazırda dəhşətli mənzərə yaranıb.

Bu barədə Mia.az-a hazırda orada 7-8 saatıdır tıxacda qalan şəxs məlumat verib.

Bildirib ki, Azərbaycan gömrükçülərinin hoqqabazlığı üzündən hazırda tıxacın uzunluğu az qala Tiflisə çatır: "Gürcülər açıq şəkildə deyir ki, hamısı sizin gömrükçülərin hoqqalarıdır. Təsvvür edin ki, neytral zonadakı bütün xətlər maşınlarla dolduğundan gürcülər də məcbur qlıb maşınları buraxa bilmirlər. Azərbaycan gömrükçüləri həddən artıq ləng şəkildə maşınları buraxırlar. Bu da tıxacı hər keçən dəqiqə daha da böyüdür. İndiyədək iyul ayında belə müsibət olmayıb. Hələ iyulun sonudur, amma "Sınıq körpü" az qala dağılır. Bəs, dərslərin açılan vaxtı bura necə olacaq? Nəzərə alaq ki, həmin günü Gürcüstandan Azərbaycana daha çox ailə dönəcək".

İş günü olmadığından Gömrük Komitəsindən məsələyə münasibət öyrənmək mümkün olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru