Xaricdə dincəlmək istəyənlərə 500 min “atan” qadının görüntüləri yayıldı - VİDEO

3-08-2018, 02:48           
Xaricdə dincəlmək istəyənlərə 500 min “atan” qadının görüntüləri yayıldı - VİDEO
Yay istirahətini xaricdə keçirmək istəyənlər diqqətli olsun. Çünki turizm sektorunda fırıldaqçılar peyda olub.

BakuPost-un Xəzər xəbər-ə istinadən məlumatına görə, onlarla şəxs xaricə istirahətə göndərilmək adı ilə aldadılaraq pulları mənimsənilib.

Şikayətçilər iddia edirlər ki, Günel Şıxıyeva adlı vətəndaş insanları aldadaraq onlara ucuz aviabilet və sərfəli turpaket vəd edib. Lakin pulları aldıqdan sonra müxtəlif bəhanələrlə onları aldadıb.

İddialara görə, G. Şıxıyeva vətəndaşlarla yanaşı turizm şirkətlərini də bilet satmaq adı ilə aldadıb. Şikayətçilər deyir ki, o, bir neçə dəfə eyni turizm şirkətindən müştərilər üçün bilet alıb. Özünə inam yaratdıqdan sonra isə həmin şirkətlərdən bilet alsa da, sonradan onların pulunu verməyib.

Maraqlısı burasındadır ki, aldadılanların heç biri verdiyi pulun qarşılığında sənəd tələb etməyib. Dələduz qadın isə insanları aldatmaq üçün onlara saxta biletlər verib.

Şikayətçilər deyir ki, "turizmçi” hazırda öz işinin başındadır və qurbanlarının sayı günü-gündən artır.

Aldadılan insanlar məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru