Meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib

3-08-2018, 15:43           
Meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib
Son günlərdə müşahidə olunan meşə yanğınları ilə bağlı şübhəli şəxslər müəyyən edilib.

Trend-in məlumatına görə, bunu mətbuat konfransında ETSN-in Bioloji Müxtəlifliyin Qorunması və Xüsusi Mühafizə Olunan Təbiət Ərazilərinin İnkişafı Departamentinin direktoru Hikmət Əlizadə deyib.

Onun sözlərinə görə, şübhəli şəxslərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət olunub və hazırda araşdırmalar davam etdirilir.

H.Əlizadə qeyd edib ki, iyulun 28-də Altıağac Milli Parkının ərazisinə keçən və 70 hektar ərazini əhatə edə yanğınlar tamamilə söndürülüb: “Yanğınlar üç gün davam etdi. Ekologiya və Təbii Sərvətlər və Fövqəladə Hallar nazirliklərinin yerli qurumlarının əməkdaşlarının və aviasiya dəstəsinin operativliyi nəticəsində yanğının qarşısı alındı”.

Qeyd edək ki, 2018-ci ilin 7 ayınd­a Azərbaycanda 19 meşə və çöl yan­ğın hadisəsi baş veri­b. Bu il­in ötən dövründə baş ­verən yanğın hadisələ­ri nəticəsində 701 he­ktar meşə və çöl əraz­iləri yanğına məruz q­alıb.

Yanğınlar ­Şabran, Oğuz, Yardıml­ı Ağdaş, Lənkəran, Xa­çmaz, Xızı, Ağsu, Qaz­ax, Ağstafa, Tovuz, Ş­əmkir, Göyçay, Masall­ı, Şəki və Siyəzən ra­yonlarında qeydə alın­ıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.